Daxili izlər nazirinin sabiq müavini, polis generalı Zahid Dünyamalıyev vəfat edib

Azərbaycan daxili işlər naziri Ramil Usubovun sabiq birinci müavini, polis generalı Zahid Dünyamalıyev vəfat edib. Səhhəti ağır olan Z.Dünyamalıyev avqustun 10-da Bakıda Mərkəzi Klinik Xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Z.Dünyamalıyev Hacı Məmmədov olaylarından sonra 2005-ci ilin martında təqaüdə göndərilmişdi. O zaman mətbuat bu iki hadisəni bir-biri ilə əlaqələndirilirdi. Amma 2005-ci ildə sentyabr ayının 22-də Daxili İşlər Nazirliyinin inzibati binasında Daxili İşlər naziri general-polkovnik Ramil Usubov Kütləvi İnformasiya vasitələri üçün keçirdiyi mətbuat konfransında ?Zahid Dünyamalıyev uzun illər rəhbər vəzifələrdə çalışan, yüksək professionallığa malik işçi idi. Son 11 ildə nazir olduğum dövrdə bir müavin kimi mənə çox yaxından kömək edirdi. Zahid Dünyamalıyev özü raport verərək bildirdi ki, narahatdır, mənəvi əzab çəkir ki, necə olub bunu görməyib. Yəni Zahid Dünyamalıyevin daxili işlər orqanlarından təqaüdə getməsi məhz bu səbəbdəndir. Amma o, ləyaqətli insan, general, rəhbər işçi kimi həmişə bizim sıralarımızdadır? deyərək bu məsələyə nöqtə qoymuşdur.
DİGƏR XƏBƏRLƏR
2025-05-08 17:46
2025-05-08 15:07
2025-05-08 14:18
2025-05-08 12:31
2025-05-06 08:40
2025-05-05 15:29
2025-05-05 11:00