?Azərittifaq?ın sədri, deputat Eldar Quliyev iqtisad elmlər namizədi oldu

?Azərittifaq?ın İdarə Heyətinin sədri, Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev 29 iyun 2009-cu il tarixində 08.00.05 - Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi (kənd təsərrüfatı) ixtisası üzrə ?Kənd təsərrüfatı məhsullarının topdansatış bazarlarının formalaşdırılması problemləri? mövzusunda dissertasiya işi müdafiə edərək iqtisad elmlər namizədi adı almağa layiq görülüb.
Müstəqil İnformasiya Agentliyi bu barədə Milli Elmlər Akademiyasının rəsmi internet saytına əsasən məlumat yayıb. Milli Elmlər Akademiyasının internet saytına yerləşdirilən dissetrasiya işindən, aftoreferatından aydın olur ki, deputatın elmi rəhbəri iqtisad elmləri doktoru, professor S.V. Salahov, rəsmi opponenti iqtisad elmləri namizədi, baş elmi işçi V.H.Abbasov olub. Aparıcı təşkilat Azərbaycan Dövlət Aqrar Universiteti olub.
Məlumat üçün bildirək ki, Quliyev Eldar Allahyar oğlu 1951-ci il iyulun 26-da Bakı şəhərində anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun ticarətin iqtisadiyyatı fakültəsini bitirib. 1973-cü ildən Ümumittifaq Əməyin Elmi Təşkili İnstitutunun Azərbaycan filialında iqtisadçı, Bakı Şəhər Sənaye Malları Ticarəti İdarəsində əmtəəşünas işləyib. 1976-cı ildən univermaq direktoru, 1983-cü ildən ticarət idarəsinin direktor müavini, direktoru, 1987-ci ildən Bakı Şəhər İstehlak Cəmiyyəti İdarə Heyətinin sədri, 1990-cı ildən ?Azərittifaq?ın İdarə Heyəti sədrinin müavini vəzifələrində çalışıb. 1993-cü ildən ?Azərittifaq?ın İdarə Heyətinin sədridir.
İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
2005-ci ildə 28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputat seçilib və hazırda Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavinidir. Evlidir, 2 övladı var.
Qeyd edək ki, son vaxtlar deputatların elmi iş müdafiə etməsinə iqtidar tərəfindən qeyri-rəsmi qadağanın qoyulduğu bildirilirdi. Görünür, bu məsələdə E.Quliyev istisna təşkil edir.
DİGƏR XƏBƏRLƏR
2025-05-19 18:01
2025-05-19 17:21
2025-05-19 16:40
2025-05-19 15:21
2025-05-19 14:03
2025-05-19 13:30