Rövnəq Abdullayev qohumu Əkbər Hacıyevi Əlixan Məlikovun yerinə gətirdi
ARDNŞ-in ?Azəriqaz? İstehsalat Birliyinə baş direktor təyin olunub.
Belə ki, ARDNŞ prezidenti Rövnəq Abdullayevin əmri ilə ?Azərneftyağ? Neft Emalı Zavodunun direktoru Əkbər Hacıyev ?Azəriqaz? İstehsalat Birliyinin baş direktoru təyin edilib.
Qeyd edək ki, bir müddət öncə prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən ?Azəriqaz? QSC ARDNŞ-nin tabeliyinə verilmişdir. ARDNŞ-də bu sahədə aparılan təkminləşdirimə işləri nəticəsində isə ?Azəriqaz? İstehsalat Birliyi yaradılıb.
Bu hadisədən sonra ?Azəriqaz? Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Əlixan Məlikovun məzuniyyətdə olduğu barədə məlumat verilirdi. Ə.Məlikovun müalicə Adı altına ölkəni tərk etməyə çalışdığı da gizlədilmirdi. İndi isə onun vəzifədən getdiyi rəsmiləşdi. Əlixan Məlikovun postunu tutan Əkbər Hacıyevin isə ARDNŞ prezidenti Rövnəq Abdullayevin qohumu olduğu bildirilir.
Qeyd edək ki, "Azərneftyağ" zavoduna rəhbərlik isə direktorun təchizat üzrə müavini Rövşən Həsənova tapşırılıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-04 00:04
2026-04-03 22:16
2026-04-03 16:03
2026-04-03 15:11