?Son günlər bəziləri Qarabağ Azadlıq Təşkilatı daxilində aran qatmağa, intriqa yaratmağa çalışırlar. Bunun üçün də QAT nümayəndələrini bir-birnə qarşı qaldırmaq üçün əllərindən gələni edirlər?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə QAT sədri Akif Nağı deyib. Qeyd edək ki, ?Yeni Müsavat? qəzetinə açıqlama verən QAT Ağsaqqallar Şurasının katibi Asif Məmmədli QAT-ı özü yaratdığını, A.Nağının sonradan ora gəldiyini bildirib. A.Nağı isə MİA-ya bu məsələyə şərh vermək niyyətində olmadığını nəzərə çatdırıb. Onun sözlərinə görə, bu, bir oynudur və bu oyuna girmək istəmir: ?Bu, nə Akif Nağı, nə Asif müəllim məsələsi deyil. Bizi oyuna salmaq istəyirlər. Yəni ciddi bir məsələ olsaydı, reaksiya verərdim. Hesab edirəm ki, kimlərsə QAT-ı parçalamaq, ona zərbə vurmaq istəyir?. QAT sərdi onu da vurğulayıb ki, Qarabağ məsələsi ilə bağlı danışıqların intensivləşdiyi bir məqamda qurum ətrafında bu cür söz-söhbətlərin dolaşması bu ideyaların bir mərkəzdən idarə olunduğunu göstərir.