Akademik Milli Dram Teatrı bu mövsümün sonuncu tamaşasını təqdim edib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən əməkdar artist Mehriban Xanlarovanın sözlərinə görə, kollektiv bu əsəri təhvil verərək, istirahətə yollanıb. ?Biz sonuncu dəfə Əli Əmirlinin ?Sevən qadın? əsərini təqdim etdik. Bu tamaşa Bəhram Osmanovun quruluşda idi. Teatrın sevilən aktyor və aktirisalarının əksəriyyəti bu tamaşada rol alıblar?,- deyən aktirisa onu da bildirdi ki, yeni mövsümə sentyabrda başlayacaqlar. M.Xanlarova ailəsinədəki yeniliklər barədə də məlumat verib. Xanım aktirsa bildirib ki, toya hazırlaşır: ?Payızda qızımın toyu olacaq. Başın həmin işlərə qaraşıb. Ona görə də bəzi işləri təxirə salmışam?.