Mərkəzi Dənizçilər Xəstəxanasının (xalq arasında ?Kaspar? xəstəxanası kimi tanınır) kollektivi ilə Azərbayjan Dövlət Xəzər Gəmiçiliyinin (ADXG) rəhbəri Aydın Bəşirov arasındakı qarşıdurma kəskin xarakter alıb. Mərkəzi Dənizçilər Xəstəxanasının bir qrup əməkdaşının bu səhiyyə ojağında baş verən qanunsuzluqlarla bağlı ölkə başçısı İlham Əliyevə mürajiət etməsi ADXG rəhbəri Aydın Bəşirovu daha sərt tədbirlər görməyə vadar edib. Mərkəzi Dənizçilər Xəstəxanasının adlarının çəkilməsini istəməyən əməkdaşları Müstəqil İnformasiya Agentliyinə (MİA) açıqlamalarında bu gün Aydın Bəşirovun xəstəxanada şöbə müdiri vəzifəsini tutan iki həkimi də işdən azad etdiyini bildiriblər. Deyiblər ki, Aydın Bəşirov Mərkəzi Dənizçilər Xəstəxanasının baş həkimi Ağajəfər Şıxəliyevlə təxminən bir saat davam edən söhbətdən sonra şöbə müdirlərinin işdən azad olunması barədə qərar qəbul edib. Xəstəxana işçiləri işini itirən şöbə müdirlərinin adını açıqlamayıblar. Onların sözlərinə görə, bu barədə kollektivə sabah məlumat veriləjək. Buna baxmayaraq, müsahiblərimiz prezident İlham Əlyievə mürajiətin hazırlanmasında fəallıq göstərən şöbə müdirlərinin jəzalandırıldığını istisna etməyiblər. Qeyd edək ki, Mərkəzi Dənizçilər Xəstəxanası 2005-ji ilə kimi Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərib. Xəstəxana dörd il əvvəl Azərbayjan Dövlət Xəzər Gəmiçiliyinin balansına verilib. ADXG rəhbəri Aydın Bəşirovun idarəçiliyinə etiraz edən baş həkim Gerasim Rüstəmov bir müddət sonra könüllü şəkildə tutduğu vəzifədən istefa verib.