Azərbaycanın tanınmış siyasətçilərindən olan, Vahid Azərbaycan Partiyasına sədri Kərrar Əbilov 85 yaşında dünyasını dəyişib. 

Mia.az xəbər verir ki, bu barədə Azinforum.az xəbər yayıb.

Xatırladaq ki, Kərrar Əbilov daha çox  1993-cü ildə keçirilən prezident seçkilərində mərhum Heydər Əliyevin alternativi kimi tanınıb. Partiya sədrinin uzun müddət ağır xəstəlikdən əziyyət çəkdiyi bildirilir. 1930-cu ildə Şuşada doğulmuş Kərrar Əbilov Leninqrad Universitetini bitirib. Uzun illər indiki Slavyan Universitetində pedaqoq kimi çalışıb. 

Psixologiya elmləri namizədidir. 

Bir oğlu, bir qızı var. 

 Allah rəhmət eləsin!