"Gələcəkdə də bəzi ali təhsil müəssisələrinin birləşdirilməsi prosesinin davam etdiriləcəyi istisna deyil".
Mia.az "report"-a istinadən xəbər verir ki, bunu Təhsil Nazirinin müavini Ceyhun Bayramov deyib. C. Bayramov onu da xatırladıb ki, bu proses çərçivəsində ötən il Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji universitetinə birləşdirilib:
"Həmçinin, Müəllimlər İnstitutunun bir neçə filialları bağlanıb. Mingəçevir Müəllimlər İnstitutu ilə Mingəçevir Politexnik İnstitutu Mingəçevir Dövlət Universiteti adı altında birləşdirilib".