Bakının ən iri ticarət mərkəzlərindən olan "Binə” artıq iflas olmaq həddinə çatıb.

Ticarət mərkəzində çalışan dükan sahibləri icarə haqqını demək olar ki, verə bilmirlər.

Problem o qədər kəskin xarakter alıb ki, məsələyə artıq ticarət mərkəzinin rəhbəri Kəbirə Məmmədova şəxsən özü müdaxilə etməli olub. O, bir-bir icarəyə verdiyi yerlərə gələrək, sahibkarlardan icarə haqqının ödənilməsini istəyib. Lakin dükan sahibləri böhranın alış verişi məhv etdiyini əsas gətirərək icarə haqqını verə bilmədiklərini söyləyiblər(Modern.az).