"Bu gün fb-nin gündəmini SOCAR-ın şirkətdaxili idaretəmə ierarxiyasında o qədər də yüksək vəzifə tutmayan vəzifəli şəxsinin Türkiyədə 20 milyon dollara mülk alması barədə xəbər zəbt edir. Ona görə bu məlumatları da oxumağınızda fayda var".

Mia.az xəbər verir ki, bunu tanınmış iqtisadçı Rövşən Ağayev deyib.

Onun sözlərinə görə, son illər (neftin dünya bazarında qiymətləri enənədək) SOCAR-ın ümumi illk satış dövriyyəsi 10 milyard dolların üzərində olub. Azərbaycanının bütün müəssisə və şirkətlərinin dövriyyəsi tək SOCAR-la müzakirə edilə bilər:

"Amma əldə etdiyi gəlirlər SOCAR-ın öz layihələrini idarə etməsi üçün yetərli olmayıb. Məsələn, Şirkət son 7-8 ilin nətiəcəsinə görə hazırda 8.2 milyard dollar xaric borca malikdir. Bu müddətdə bir neçə milyard dollar da borcu qaytarıb. Yəni qaytarılan borcları saysaq, SOCAR-ın xaric borc dövriyyəsi son 10 ildə 10 milyard dolardan az olmayıb. 

Hələ bu azmış kimi, Mərkəzi Bank, səhv etmirəmsə, 3 müxtəlif tranşla özünün mərkəzləşdirilmiş kredit resurslarından 1.5 milyard manata yaxın SOCAR-a uzunmüddtəli güzəştli kredit xətti açıb. Sonra bunların da hamısı azmış kimi, dövlət büdcəsinin investisiya xərcləri bölməsindən 2009-2015-ci illərdə SOCAR-a 1.7 milyard manat sərmayə yardım edib.

Şəffaf və effektiv xərcləmələr olsaymış, bu qədər xarici borclanmaya və dövlət yardımlarına ehtiyacın olmayacağı şübhəsizdir...".