""Azəriqaz" işçisi ona mənəvi ziyan vurduğuna görə Milli Məclis aparatının işçisi İlqar Məcidlini məhkəməyə verməyə hazırlaşır".

Mia.az xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib.

Mirvarı xanım bildirib ki, Milli Məclis Aparatının Beynəlxalq Münasibətlər şöbəsinin baş məsləhətçisi İlqar Məcidli "Azəriqaz" rəhbərliyindən tələb edib ki, "Azəriqaz"ın işçisi ondan 3 mananat (üç manat) pul aldığı üçün onu ciddi cəzalandırsın:

"Ərizəsində hətta işçini təhqir edərək, onu dələduz da adlandırıb. Belə ki, onun villasından qaz sızması ilə əlaqədar "Azəriqaz"a şikayət daxil olub.Yoxlama zamanı aydın olub ki, bağlayıcı kran dəyişməlidir. Cənab İlqar Məcidlinin xahişi ilə səlahiyyətlərinə aid olmasa da, mühəndis kranı dəyişməli olub. İşçilərdə ehtiyat kran olmadığı üçün villanın baxıcısı işçilərə 3 (üç manat) manat pul verib ki, kran alsınlar. İşçi kranı alıb yerinə bağlayıb, sızmanın qarşısını alıb".

Ancaq məmur işçiyə təşəkkür etmək əvəzinə, şikayət edib.

Mirvari Qəhrəmanlı onu da bildirib ki, "Azəriqaz" öz işçisıni müdafiə edəcək.

MİA.AZ