Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinin "20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında" sərəncamına əsasən Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər hazırlanıb və faciənin ildönümü geniş şəkildə qeyd olunur.

Mia.az-a daxil olan məlumata görə, tədbirlər planına uyğun olaraq rayonun ali və orta təhsil müəssisələrində, idarə və təşkilatlarda anım tədbirləri təşkil olunur. Orta məktəblərin foyelərində Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar foto stendlər düzəldilib, anım mərasimləri, yığıncaqlar, toplantılar, inşa yazıları, rəsm, şer müsabiqələri keçirilir, divar qəzetləri buraxılıb.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd edib ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Keçmiş Sovet İmperiyası ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanları olublar.

Başçı şəhid ailələri və 20 Yanvar əlillərinin məişət qayğıları və problemləri ilə maraqlanıb, bir çox sualların həlli ilə bağlı müvafiq tapşırıqlar verib.

Tədbirin sonunda RİH tərəfindən şəhid ailələri və əlillərə maddi yardım göstərilib və ərzaq bağlamaları təqdim olunub.

Nəsimidə şəhid ailələrinə maddi yardım göstərilib
Nəsimidə şəhid ailələrinə maddi yardım göstərilib
Nəsimidə şəhid ailələrinə maddi yardım göstərilib