Bir sira QHT – nın rəhbərləri Mina Qurbanlarına Dəstək İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov, "Məşəl” İctimai Birliyinin sədri Alman Abbasov, "Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin sədri Növrəstə Yusifova, Azərbaycan Birlik Təşkilatının sədri Vüsal Hətəmov, "Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin beynəlxalq əlaqələr üzrə sədr müavini Elnarə Məhərrəmova, Tarix Araşdırmalar Qurumu İctimai Birliyinin sədri Ramın Əlızadə, MİA.az saytının redaktoru Zaur Əhməd, Xeberlent.az saytının baş redaktoru Bəhruz Salmanov, tarixçilər və yazarlar 20 Yanvar və Qarabağ döyüşlərində həlak olmuş şəhidlərin xatirəsini 1 dəqiqəlik sükütla yad edib, ruhlarına dualar oxudular. İlk olaraq Vusal Hətəmov 20 Yanvar faciəsindən danışıb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

20 Yanvar hadisələrini Azərbaycan xalqının azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq mübarizəsi kimi səciyələndirən toplantı da bu hadisələrin canlı şahidi olan Novrəstə xanım deyib:

"20 Yanvar faciəsi nəinki Azərbaycan xalqına qarşı törədilmiş qətliam, hətta insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlığı uğrunda apardığı mübarizəsinin şanlı tarixidir. Ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları həmin gün canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Böyük itkilərlə, günahsız insanların qətlə yetirilməsi ilə nəticələnən bu faciə eyni zamanda xalqımızın mübarizliyini, əyilməzliyini və məğrurluğunu bir daha nümayiş etdirib. Müstəqil Azərbaycan durduqca faciə qurbanlarının xatirəsi də daim qəlblərdə yaşayacaqdır”. 

Ramın Əlizadə 20 Yanvar faciəsinin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu söylədi. Bildirdi ki, bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşamış xalqın azadlıq səsini ucaltdığı, suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. 

Məmməhəsən Həsənov da 20 Yanvar hadisələrindən söz açıb, bu faciənin xalqımızın tarixinə qəhrəmanlıq səhifəsi kimi yazıldığını söylədi. Onu da vurğuladı ki, Qanlı Yanvar gecəsində dinc əhalinin Sovet qoşunları tərəfindən qətlə yetirilməsinə baxmayaraq, bu hadisələr xalqımızın mübarizə əzmini qıra bilməyib. 20 Yanvar faciəsi qurbanlarının Azərbaycanın müstəqilliyi yolunda şəhid olduqlarını və onların işıqlı xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını qeyd etdi.