Yeni təyin olunan icra başçılarına rayon rəhbərliyinin və iş adamlarının hədiyyələr aparması adət halını alıb. "Xoş gəldin” hədiyyəsi təyinatdan sonrakı ilk mərhələ sayılır.

Millət vəkili, Yeni Azərbaycan Partiyasının Qaradağ təşkilatının sədri, Maliyyə Nazirliyinin Səbail rayonu üzrə Xəzinədarlıq İdarəsinin keçmiş rəisi olan Aydın Hüseynov bu sahədə digərlərini təəccübləndirməkdədir. Belə ki, deputat icra başçıları ilə dostluq əlaqələrini yüksək səviyyədə saxlamaq üçün bahalı maşın hədiyyə edir.

Onun Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizovun qəbuluna bahalı avtomobilin açarları ilə getdiyi vurğulanır. 

Millət vəkili ilə əlaqə saxlayaraq, mövqeyini öyrənmək istəsək də, bizdə olan heç bir nömrəsinə zəng çatmadı. 

Lakin yenə də arzu edərsə, cavab haqqını yayınlamağa hazırıq.(Qaynar.info)