Tarixçi-alim, türkoloq, tarixi romanlar müəllifi Yunus Oğuz Azərbaycan adına daha böyük bir uğura imza atıb.
VoicePress.az-ın əldə etdiyi məlumata görə, böyük tarixçi yazarımız Yunus Oğuzun böyük türk sərkərdəsi, fateh Əmir Teymurdan bəhs edən tarixi romanları Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə qırğız dilinə tərcümə olunub və 500 nüsğə ilə dərc edilib. Xüsusilə qeyd etmək gərəkir ki, Yunus Oğuza fәxri fәrman mükafatı gәtirәn bu möhtəşəm kitabı artıq qırğız dilindә də oxumaq mümkün olacaq. Kitab 544 səhifədən ibarət olmaqla, Yunus Oğuzun Əmir Teymur haqqında hək iki romanının kompakt formasını təşkil edir. Dərc edilmiş kitabın hər kəsə pulsuz paylanılacağı bildirilir.
Hamı bilir ki, Əmir Teymur dünyanın ən nəhəng imperiyasını quranlardan biri olub və o, ümumiyyətlə, bütün dünyanın maraq dairəsində olan sərkərdələrdən biri olub. Əmir Teymur kimi tarixi şəxsiyyət haqqında minlərlə kitab yazılıb. Bu gün əminliklə demək olar ki, həmin kitablar arasında azərbaycanlı yazarın da bu cür qiymətli kitab kimi böyük tövhəsi olmuşdur. Tarixi kitablar adətən maraqsız və darıxdırıcı olur. Amma Yunus Oğuzun qələmə aldığı bu kitabın başlıca özəlliyi olduqca maraqlı və sadə dildə yazılmasıdır. Həmin kitabı mütləq sürətdə Azərbaycan gənci, xüsusilə də türk dövlətlərinin gələcək nəsli asanlıqla oxuyub mənimsəyə biləcəkdir.
Qeyd edək ki, kitabın təqdimatı Qırğızıstan Respublikasının Prezident İgamətgahında keçiriləcəyi nəzərdə tutulub. Təqdimatda bir sıra tanınmış simaların iştirakı da gözlənilir.

