Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Nəsimi rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon ictimaiyyətinin iştirakı ilə 54 nömrəli tam orta məktəbdə keçirilən, 2015-ci ilin yekunlarına həsr olunan yığıncağında müzakirə olunub.

Mia.az xəbər verir ki, hesabat məruzəsi ilə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Eldəniz Cabbarov bildirib ki, hesabat dövründə SİƏD-in ərazisində yerləşən Abdulvahab Salamzadə, Pişəvari, Ceyhun Səlimov, Hüseyn Seyidzadə küçəsi 4-cü mikrorayon dairəsindən Rəşid Məmmədov küçəsinədək, Hüseyn Seyidzadə küçəsindən Əliisgəndər İsgəndərov küçəsinədək, Tbilisi prospektində Pişəvari küçəsi ilə kəsişməsindən 20 Yanvar dairəsi daxil olmaqla, həmçinin 3-cü mikrorayon dairəsində bütovlükdə əsaslı təmir işləri aparılıb və yeni asfalt örtüyü salınıb, səki daşları, köhnə bardürlər, işıq dirəkləri yeniləri ilə əvəz olunub.

Noyabr ayında İDEA ictimai birliyinin təşəbbüsü ilə ölkədə gedən ağacəkmə kompaniyasına qoşularaq Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 20 Yanvar, Cavadxan, Hüseyn Seyidzadə, Abdulvahab Salamzadə, Asif Məhərrəmov və 20 Yanvar küçələrində iməcilik keçirərək ağaclar, gül kolları əkilib. Abadlaşdırılan küçələrdə qazon örtükləri yeniləri ilə əvəz olunub.

Mir Cəlal küçəsində 1964-1967-ci illərdə tikilmiş binaların qarşısında yerləşən yararsız halda 3 ha sahədən ibarət park son 2 ay ərzində əsaslı təmir olunub.

Park 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə sakinlərin istifadəsinə verilib.

Nəsimi rayon sakini, Qarabağ müharibəsində gözlərini itirmiş, əlil Əlişir Mirzəyev çıxış edərək 24 dekabr 2015-ci ildə Prezident İlham Əliyev tərəfindən 3 otaqlı mənzillə təmin olunduğunu bildirərək, ölkə rəhbərliyinin Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə daima göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu bildirib.

Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılıb.

İcra Hakimiyyəti hesabat verdi
İcra Hakimiyyəti hesabat verdi
İcra Hakimiyyəti hesabat verdi