Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalist Rasim Əliyevin qətlində təqsirləndirilən şəxslərin işi üzrə prosesə jurnalistləri buraxmayıb.

Ölkə.az-ın məlumatına görə, proses açıq olsa da, iclas jurnalistlər üçün qapalı elan olunub və bununla bağlı heç bir səbəb göstərilməyib.

Xatırladaq ki, jurnalist Rasim Əliyev 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən həmkarımız oradaca dünyasını dəyişib. Sözügedən hadisəylə əlaqədar Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulublar.