"Bakının Nəsimi rayon Polis İdarəsinin rəisi, polis polkovniki Musa Musayev xidməti otağında YAP elitasına daxil olan tanınmış iş adamı Aydın Heydərovu təhqir və təhdid edib. Məhz bu zaman iş adamının səhhəti qəfil pisləşib".
Bu xəbəri Mia.az-a A.Heydərovun yaxınları verib.
Onlar iddia edir ki, Aydın Heydərov 08.01.2016-cı il tarixində polis işçiləri tərəfindən işçisinin ə üçün incidilməsiylə bağlı polis rəisinin qəbulunda olub. Ancaq polis rəisi onu təhqir edərək, özünü də həbs etdirəcəyi ilə hədələyib: "Polis rəisinin kobud rəftarından sonra YAP-çının vəziyyəti elə iş otağında ağırlaşıb. Qəfil baş verən hadisə rəisin narahatçılığına səbəb olub. Polis rəisinin hədə-qorxusu ilə üzləşən YAP-çı özünə gətirilsə də, iki saat idarədə saxlanıldıqdan sonra buraxılıb...".
Məlumata görə, Aydın Heydərov, eyni zamanda, "İNTERAVTO" Səhmdar Cəmiyyətinin rəhbəridir.
Məsələ ilə bağlı polis rəisi M.Musayevlə danışmaq mümkün olmayıb.
Musa Musayevin mövqeyini də dərc etməyə hazırıq.