Azərbaycan banklarının əksəriyyəti xarici valyutanın satışını dayandırıb.

Məlumata görə, buna səbəb tələbatın çox olması ilə əlaqədar dollar və avro çatışmazlığının yaranması, eləcə də xarici valyutanın gələcək qiyməti ilə bağlı qeyri-müəyyən vəziyyətinin hökm sürməsidir.

Buna görə də, bankların çox dollar və avro almaq istəyən müştərilərinə "Yox” cavabı verir. Bəzi banklarda isə satış limitlə - adambaşına 500-1000 dollardan və yaxud avrodan çox olmamaq şərti ilə həyata keçirilir.

Valyuta satmayan banklar bunlardır:

- «AFB Bank»

- «Bank Respublika»

- «Caspian Development Bank»

- «Muğanbank»

- «Amrahbank»

- «Ata Bank»

- «Bank of Baku»

- «Qafqaz İnkişaf Bankı»

- «Parabank»

- «Xalq Bank»


Fins.az