İl sonu olsa da, bəzi ödənişlərin həyata keçirilməsində problemlər yaranıb.

Bu barədə Mia.az-a keçmiş döyüşçü, müharibə veteranı Vaqif Əlisoy məlumat verib. O bildirib ki, dekabr ayının bitməsinə iki gün qalsa da, müharibə veteranlarına verilən 45 manatlıq müavinət hələ də hesaba köçməyib: «Maraqlanmışam, demək olar ki, ölkənin bütün Qarabağ əlilləri və müharibə veteranları müavinətlərini ala bilməyiblər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumlarına mürəciət etsək də, hər hansı bir cavab ala bilməmişik».