Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev vəzifəsindən azad edilib.
Bunu bu gün keçirilən kollegiya iclasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir Ə.Əliyevin öz ərizəsi ilə işdən azad edildiyini söyləyib.
Ə. Qarayev Nizami Kino Mərkəzinin direktoru Vüqar Zeynalovun idarəyə rəis təyin edildiyini açıqlayıb.