Devalvasiyadan sonra mağazalarda və köşklərdə siqarətlərin qiyməti 50 faiz artıb. Sosial şəbəkələrdə tütün məhsullarının qiyməti artımı ilə şəkil də paylaşılıb. Fotodan görünür ki, tütün məhsullarının qiymətləri 50 faizə kimi artıb.
Mia.az-ın əməkdaşların bir sıra marketlərdə araşdırma aparıb. Əksəriyyətində siqaret satışı dayandırılıb, bəzilərində isə iki qutudan artıq siqaret satılmayıb. Günün sonunda isə həmin marketlərin satıcıları da "artıq siqaret yoxdur" deyə, günahı topdansatış firmalarının üzərinə atıblar. Bildiriblər ki, firma bu gün satışa siqaret gətirməyib.