Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Novosibirskdə keçiriləcək Transsibir art-festivalında mahnı ifa edəcək. Orkestrin dirijoru isə səfirin oğlu Murtuza olacaq.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə festivalın bədii rəhbəri Vadim Repin bildirib.
"Bizim uşaqlar üçün olan ənənəvi proqramımızda Polaq Bülbüloğlunun 13 yaşlı oğlu Murtuza iştirak edəcək. O pis dirijorluq etmir. Bir kompoziyanın dirijorluğunu onun öhdəsinə vermişik. Oğluna dəstək olmaq istəyən Polad Bülbüloğlu da festivala gələcək. O mahnı ifa edəcəyinə söz verib”, - deyə V. Repin qeyd edib.
III Transsibir art-festivalı aprelin 9-24-də keçiriləcək.
Polad Bülbüloğlu oğlu ilə səhnəyə çıxacaq
DİGƏR XƏBƏRLƏR
2026-04-04 17:46
2026-04-04 13:47
2026-04-03 21:55
2026-04-03 14:57
2026-04-02 12:57