Bu gün Ali Məhkəmə jurnalist Pərviz Həşimli barəsində hökmdən verilən kasasiya şikayətini təmin etməyib.
Pərviz Həşimlinin vəkili Elçin Sadıqov AzadlıqRadiosuna deyib ki, onlar MTN-də baş verən həbslərdən sonra Ali Məhkəmənin ədalətli qərar çıxaracağını gözləyirdilər: «MTN-nin həbs olunan əməkdaşlarının bir çox insanı şərlədiyi məlum olub. Elə Pərviz Həşimlini də şərləyiblər, amma Ali Məhkəmə hökmdən verdiyimiz şikayəti təmin etmədi».
Elçin Sadıqov Avropa Məhkəməsinə müraciət edəcəklərini bildirir.