ANS telekanalında ötən gün keçirilən yaradıcılıq iclası daha bir verilişin yayımının dayandırılması ilə nəticələnib.
Mia.az Publika.az-a istinadən xəbər verir ki, Kamran Həsənlinin "Axşam-axşam” verilişi efirdən yığışdırılıb: "İclasda aparıcı ilə ANS telekanalı yollarını ayırmaq qərarına gəlib".
Xatırladaq ki, Kamran Həsənli son bir il ərzində 3 layihə dəyişib. Əvvəlcə "Günəbaxan”, daha sonra isə "Rövşanə ilə bazar səhəri” verilişində aparıcılıq edib. Yeni mövsümdən o, ANS telekanalında "Axşam-axşam” adlı veriliş aparırdı.