ANS telekanalının tanınmış aparıcısı Aytən Səfərova iş yerini dəyişib.

Məlumata görə, Səfərova bundan sonra fəaliyyətini ATV-də davam etdirəcək.

Qeyd olunur ki, bir müddət öncə ANS rəhbərliyi ilə münasibətləri soyuqlaşan Səfərova ATV-dən gələn təklifə müsbət cavab verib.

Onun bu təklifə "hə” deməsinin əsas səbəbinin də məhz bu amil olduğu bildirilir(Olke.az).