Xeyli müddətdir ki, sosial şəbəkələrdə və ictimaiyyət arasında "Səs Azərbaycan” layihəsinin münsiflərinin kimliyi əsas müzakirə mövzusu idi.
Mia.az xəbər verir ki, artıq, bu möhtəşəm
layihənin münsiflər heyətinin üzvləri bəllidir:
Xalq
artisti Mübariz Tağıyev. Xalq artisti Faiq Ağayev, Əməkdar artist Manana
Caparidze və Əməkdar artisti Tünzalə Ağayeva.
Bu
istedadlı dört sənətçi AZTV-nin efirində "Görmədən dinləmələr” turu zamanı öz
komandalarını formalaşdıracaq. Bu turun
mahiyyəti ondan ibarətdir ki, münsiflər ifaçıların səsini eşitsələr də, onları
görə bilməyəcək. Bu dinləmələrdən sonra 4 komanda formalaşacaq.
Bundan
sonra münsiflər öz komandasına cəlb etdikləri iştirakçıları finalla yanaşı,
komandadaxili rəqabətə də hazırlayacaqlar. Zəif olan yarışmanı tərk edəcək, güclü
olan isə yarışmada yoluna davam edəcək.
Müsabiəqinin
növbəti turunda iştirakçılar bi-biri ilə yarışacaq. Yekunda hər münsifin bir
iştirakçısı qalacaq və onlar superfinalda yarışacaq. Bu 4 iştirakçıdan isə yalnız
biri "Ölkənin ən yaxşı səsi” titulunu qazanacaq və müsabiqənin əsas mükafatının
sahibi olacaq.
AZTV-də
yayımlanacaq "Səs Azərbaycan” yarışmasının ilk buraxılışı oktyabr ayın ikinci
yarısına planlaşdırılıb.