Meydan TV ilə əməkdaşlıq edən xanım jurnalistlər bir neçə saat sorğu- sual edildikdən sonra sərbəst buraxılıb. Onlardan Mingəçevir hadisələri haqda suallar soruşublar.
Meydan TV ilə əməkdaşlıq edən daha 3 müstəqil jurnalist sentyabrın 19-dan 20-nə keçən gecə saat 1 radələrində Binə hava limanında saxlanılıb. Ukraynadan təlimdən qayıdan jurnalistlər - Sevinc Vaqifqızı, Aytən Fərhadova və İzolda Ağayevaya deyiblər ki, onların adı sistemdə blok edilib. Jurnalistlərlə bağlı 1137, 1138 və 1139 saylı akt tərtib edilib.






