Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasının fəxri adlarının verilməsi haqqında sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncamla Naxçıvan Muxtar Respublikasında mədəniyyətin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilib:
"Əməkdar artist”
Əliyeva Sona Akif qızı
Qurbanov Yaşar Qafar oğlu
Mahmudov Zülfiqar Xudaverdi oğlu
Məmmədov Ayxan Rəşid oğlu
Məmmədov Mustafa Məmməd oğlu
Məmmədov Natiq Hidayət oğlu;
"Əməkdar mədəniyyət işçisi”
Qurbanov Qurban Pənah oğlu
Rüstəmov Tofiq Adil oğlu;
"Əməkdar müəllim”
Abdullayev Dünyamalı Həsənqulu oğlu
Babayeva Məhəbbət Nizami qızı
Əliyev İsa Vəli oğlu
Nəcəfova Zəminə Məhərrəm qızı.