Akademik Milli Dram Teatrının kollektivi tanınmış teatr və kino aktyoru, "Şərəf” ordenli, Xalq artisti Səyavuş Aslanın anadan olmasının 80-ci ildönümü münasibətilə Fəxri Xiyabanda olub.
Teatrdan Mia.az-a verilən məlumata görə, sənət dostları görkəmli aktyorun məzarını ziyarət edib, əklil qoyub. Teatrın bədii
rəhbəri Azər Paşa Nemət çıxış edərək, Səyavuş Aslanın yaradıcılığı haqqında
danışıb, görkəmli aktyorun Azərbaycan teatr və kino sənətində əvəzsiz xidmətləri
olduğunu vurğulayıb.
Kollektiv daha sonra Azərbaycanın xalq artisti, Dövlət Mükafatı laureatı
Yaşar, milli rejissor sənətinin sütunları Adil İsgəndərov və Tofiq Kazımovun da
məzarını ziyarət edib. Kollektivin üzvləri bu iki rejissorun Azərbaycan teatrı
qarşısındakı misilsiz xidmətlərindən danışıb və qeyd
ediblər ki, bu sənətkarlardaim ehtiramla yad ediləcək və teatrsevərlərin ürəyində
yaşayacaq.