MC&S-in media monitorinq qrupu 01-31 avqust 2015-ci il dövrü üzrə məlumatların hesabatına yekun vurub.
Mia.az xəbər verir ki, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.
Qeyd edək ki, Şirkətin media monitorinq qrupu 10 Televiziya, 55 çap və 240 on-line media daxil olmaqla 305-dən çox mənbəni izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.
Aparıcı 5 sektor üzrə adı mediada ən çox adı hallanan qurumları təqdim edirik. Məlumatların sayına görə mobil rabitə şirkətləri arasında Bakcell (746 məlumat), banklar arasında Azərbaycan Beynəlxalq Bank (2021məlumat), sığorta şirkətləri arasında Azərisığorta (137 məlumat), ali məktəblər arasında BDU (931 məlumat), otel və biznes mərkəzləri arasında Hilton (139 məlumat) irəlidədir.
Qeyd edək ki, nəticələr şirkətimizin FB səhifəsində daha dolğun yerləşdirilib: