ABŞ-ın Virciniya ştatında canlı yayım zamanı 2 jurnalisti - 24 yaşlı repartyor Alison Parker və 27 yaşlı fotoqraf Adam Vardı öldürən 41 yaşlı Vester Li Flanaqan xəstəxanada dünyasını dəyişib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, məlum hadisədən sonra Flanaqan intihara cəhd etsə də, sağ qalmışdı. Lakin onun vəziyyətinin ağır olduğu bildirilirdi. Cinayətkarın bu əməli hansı səbəbdən törətdiyi hələ ki bəlli deyil.