Bu gün dünya şöhrətli sənətkar, muğam ifaçısı Alim Qasımovun doğum günüdür.

A.Qasımov 1957-ci ildə Qobustan rayonunun Nabur kəndində anadan olub. Bakıda muğam məktəbinin ən tanınmış və istedadlı müəllimlərindən dərs alıb. 1993-cü ildə Azərbaycan Respublikasının Xalq Artisti adı ilə təltif olunub.

Azərbaycanın muğamını bütün dünyada təbliğ edən xanəndə bu gün 58 yaşına qədəm qoyur.Doğum günü təəssüratlarınıAzNews.az-a bölüşən sənətkar şad gününü ailəsi ilə birlikdə Şamaxıda qeyd etdiyini deyib:

"Axşam da böyük ailə qonaqlığı olacaq. Dost-tanışı dəvət etmişik. 58 yaşımı əzizlərimlə birlikdə qeyd edəcəyəm”.

A.Qasımov deyir ki, yaşının üstünə yaş gəldikcə sevinir:

"Yaşlılıq müdriklikdir. Düşüncə baxımından yaşlanmamışam. Amma baxıram ki, yaş da artıq öz işini görüb. Bundan sonra yaşıma uyğun yaşayacağam”.

Xatırladaq ki, Alim Qasımov A.Qasımov 1999-cu ildə Beynəlxalq IMC UNESCO Musiqi Mükafatını alıb və muğam sənətini Fransa, İngiltərə, Almaniya, Belçika, İspaniya, Braziliya, Honq Konq, Yaponiya, İran və Amerika Birləşmiş Ştatları kimi ölkələrdə konsertlərdə təbliğ edib.