Mia.az-ın məlumatına görə, növbəti belə kadr təyinatı ANS-də oldu. Belə ki, uzun illər ANS-də və "Space"de çalışan Eldəniz Elgün yenidən ANS-ə qayıdıb.
Məsələ ilə bağlı ətraflı məlumat əldə edə bilməsək də, jurnalistin Facebook-da yazdığı status deyilənləri təsdiq edir.
Statusda yazılıb:
”Dəyərli dostlar. Bu gündən ANS-də ilkin olaraq layihə rəhbəri kimi fəaliyyətə başladım. Çox qısa zaman ərzində ANS TV yaranandan bəri mövcud olan bütün xəbərləri, çəkilişləri Azərbaycanda hamı görə biləcək. Bir sözlə Mirşahin demişkən ANS-in tarixi Azərbaycanın da tarixi olacaq. Növbəti xəbərləri isə günlər keçəndən sonra yazacağam”.
Xatırladaq ki, Eldəniz Elgün "Unikal” qəzetində işləyirdi və Elmlər Akademiyasının İHİ-nin xətti ilə "Erməni Psixologiyası” kitabını təzəlikcə çap etdirmişdi.