ANS telekanalının Xəbərlər Departamentinin əməkdaşı, telejurnalist Ləman Ələşrəfqızının ATV-nin əməkdaşı Mətanət Əliverdiyevaya yönəlik süjeti iki telekanal arasında yeni qalmaqala yol açıb.
Mia.az xəbər verir ki, Ləman Ələşrəfqızı süjetdə sabiq iş yoldaşını kəskin tənqid edib. Bundan sonra ATV-nin əməkdaşları, o cümlədən tanınmış aparıcısı İlkin Həsənli də "Facebook"da kəskin cavablar veriblər.
Məsələn, İlkin Həsənli eynən belə yazıb: "14 ildir TV-də işləyirəm,bu 14 ildə çox şey gördüm amma bir telekanalın digərinə qarşı etdiyi belə bir ŞƏRƏFSİZLİYİ görmədim! Bəs, hanı sizin jurnalist həmrəyliyiniz, hanı dəqiqliyiniz, qərəzsizliyiniz? Başa düşürəm, TV adlandırdığınız o konslagerinizdə bəzi işçilərinizin qədrini bilmədiz,onlar ATV-YƏ gəldi, hörmət, azadlıq və yüksək maaş gördü, amma belə etməməli idiz! Bu gün siz, rəsmən ATV kanalına efir müharibəsi elan etdiz! OK, olsun!".
Ləman Ələşrəfqızı da İlkin Həsənliyə cavabını çox gözlətməyib:
"Səhər-səhər qanımı qaraltmaq istəmirəm. Şəmiyə-şöşüyə baş qoşmaq niyyətim yox. Getsin, bozbaşını bişirsin! Mən sözümü dedim. Əks-hücum da başa düşüləndir. İşinizdə olun".
Qeyd edək ki, bu qalmaqal sosial şəbəkədə ikili mövqe yaradıb. Bu isə o qənaəti yaradır ki, Xoşqədəm Hidayətqızının "Səni Axtarıram" verilişi ilə başlayan qovğa hələ çox davam edəcək.