Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) ixtisarlar davam edir.

AzNews.az-a AzTV-dən verilən məlumata görə, dünən axşam saatlarında bu qurumun daha üç əməkdaşının işinə xitam verilib.

Məlumata əsasən, AzTV-nin bədii rəhbəri, rejissoru, Əməkdar incəsənət xadimi Etibar Babayev, televiziyada tanınmış rejissor Elnur Məmmədov və "Səhər” musiqili informasiya proqramının baş rejissoru Rəsul Ələkbərov işdən kənarlaşdırılıb.
Hər üç şəxsin öz ərizəsi ilə işdən ayrıldığı deyilir.