"Azərbaycanda pullu seks xidməti təklif edən saytlar fəaliyyət göstərir”. 

Bunu millət vəkili Elmira Axundova parlamentin bugünki iclasında çıxışında deyib.

O bildirib ki, həmçinin insanların xarici ölkələrdə muzdlu döyüşçü kimi cəlb olunması üçün xidmət göstərən saytların da olduğunu deyib: 

"Bu cür saytların fəaliyyəti qadağan edilməlidir. Belə saytların respublikada fəaliyyətini və yayımını qadağan edəcək dəyişikliklər edilməlidir. Türkiyədə olduğu kimi bu cür saytların fəaliyyəti məhdudlaşdırılmalıdır”.