Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin İqtisadi məsələlər üzrə məsləhətçisi Vadim Sidyçenko Beynəlxalq Avrasiya Mətbuat Fondunun Bakıdakı ofisində təşkilatın fəaliyyət istiqamətləri ilə tanış olub.
Mia.az xəbər
verir ki, fondun sədri Umud Mirzəyev qonaqla söhbətində təşkilatın 20 ildən çox
təcrübəyə malik olduğunu bildirərək, yaxın gələcəkdə Fondun Ukraynada müəyyən
layihələrin icrasında maraqlı olduğunu Ukraynalı rəsminin diqqətinə çatdırıb.
Görüş zamanı
BAMF-ın sədri Umud Mirzəyev və qonaq Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Azərbaycanın
vətəndaş cəmiyyətinin inkişafı vəziyyətini müzakirə ediblər. Qonaq , eyni
zamanda Bank Olmayan Kredit Təşkilatı, Avrasiya Kredit"in fəaliyyəti ilə
yaxından tanış olub.