Yanvarın 27-də Səbayıl rayon Məhkəməsində həbsdə olan jurnalist Xədicə İsmayılın həbs müddətinin artırılması ilə bağlı təqdimata baxılıb.
Prokuror Xədicə İsmayılın həbs müddətinin daha 4 ay uzadılması ilə bağlı təqdimat verib. Müşavirədən qayıdan məhkəmə jurnalistin istintaq müddətində daha 2 ay həbsda saxlanması ilə bağlı qərar verib.
Xədicə İsmayıl ötən il dekabrın 5-də həbs olunub. O, jurnalist Tural Mustafayevin «özünü öldürmə həddinə çatdırma» ittihamı ilə saxlanıb. Xədicə İsmayıl bu ittihamları rədd edərək, həbsini siyasi sifariş sayır(AzadlıqRadiosu)