Azərbaycanda fəaliyyət göstərən saytlardan birində ciddi problem yaşanır.
Mia.az Azinform.az-a istinadən xəbər verir ki, Simsar.az saytı maliyyə problemləri səbəbindən fəaliyyətini dayandırır.
Bizə verilən məlumatda deyilir ki, maliyyə problemləri bir neçə ay əvvəl hiss olunmağa başlayıb: "Artıq 8 aydır ki, saytın eynadlı jurnalı çap olunmur. Əmək haqlarının vaxtında verilməməsi səbəbindən bir neçə jurnalist redaksiya ilə əməkdaşlığına son qoyub. Qalan əməkdaşlar isə özlərinə iş axtarır”.
Simsar.az-ın baş redaktoru İradə Nurəddinqızı Azinform.az-a açıqlamasında saytın fəaliyyətində yaranan fasiləni texniki problemlə əlaqələndirdi: "Texniki problemler var, həllinə çalışırıq”