Dünən axşam saat 22:00 radələrində Aktual.az saytının fəaliyyətində texniki problemlər yaranıb.
Belə ki, saytın daxil olduğu serverə haker hücumlarının olması səbəbindən Aktual.az-la yanaşı, bir neçə digər saytın da fəaliyyəti iflic olub.
Musavat.com-a verilən məlumata görə, hazırda proqramçılar mövcud problemi aradan qaldırmağa çalışırlar.
Yaxın saatlarda Aktual.az-ın öz fəaliyyətini bərpa edəcəyi bildirilir.
Musavat.com