Dekabrın 29-daAzərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasda bir məsələ - Fondun 2015-ci ilin I yarısında KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqəyə təqdim edilmiş layihə təklifləri müzakirə olunub.
Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası açıq elan edərək gündəlikdəki məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. Müzakirəyə çıxarılan məsələ barədə ətraflı məlumat verən Vüqar Səfərli müsabiqəyə 33 qəzetin "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na müvafiq olaraq sənəd təqdim etdiklərini diqqətə çatdırıb. Həmin qəzetlərin layihələrinin 2014-cü ildə də Fond tərəfindən maliyyələşdirildiyini qeyd edən Fondun icraçı direktoru müsabiqədə yeni iştirak edən KİV-lərin olmadığını bildirib. V.Səfərli, həmçinin 33 redaksiyadan təqdim edilmiş layihə təkliflərinin müsabiqənin şərtlərinə uyğun olduğunu vurğulayıb.
Sonra məsələ ətrafında müzakirələr başlayıb. Fondun icraçı direktoru Vüqar Səfərli Müşahidə Şurası üzvlərindən Müşfiq Ələsgərli, Rəşad Məcid, Bəxtiyar Sadıqov və Vüqar Rəhimzadəni maraqlandıran sualları ətraflı cavablandırıb.
Müzakirələrin sonunda müsabiqəyə sənəd təqdim etmiş 33 qəzetin tirajinın, dövriyəsinin və yayımının müsabiqənin şərtlərinə cavab verdiyi nəzərə alınaraq, onlara 2015-ci ilin birinci yarısında maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib (Maliyyə yardımı almış qəzetlərin siyahısı aşağıdakı cədvəldə təqdim olunur).
2015-ci ilin I yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibi olan redaksiyaların siyahısı
№ | Qəzetin Adı | Ayrılmış məbləğ |
1. | "Kaspi” qəzeti | 60000 |
2. | "Yeni Azərbaycan” qəzeti | 60 000 |
3. | "Səs” qəzeti | 60 000 |
4. | "Mövqe” qəzeti | 60 000 |
5. | "Ədalət” qəzeti | 60 000 |
6. | "525-ci qəzet” qəzeti | 60 000 |
7. | "Bakı-Xəbər” qəzeti | 60 000 |
8. | "Yeni Müsavat” qəzeti | 60 000 |
9. | "Kaspiy" qəzeti | 60 000 |
10. | "Ekspress” qəzeti | 60 000 |
11. | "Palitra” qəzeti | 60 000 |
12. | "Paralel” qəzeti | 40 000 |
13. | "Həftə İçi” qəzeti | 40 000 |
14. | "Azad Azərbaycan” qəzeti | 40 000 |
15. | "Şərq” qəzeti | 40 000 |
16. | "Xalq Cəbhəsi” qəzeti | 40 000 |
17. | "Futbol+Qol” qəzeti | 40 000 |
18. | "Bizim Yol” qəzeti | 40 000 |
19. | "Olaylar” qəzeti | 40 000 |
20. | "Novoye Vremya” qəzeti | 30 000 |
21. | "Futbol+” qəzeti | 30 000 |
22. | "Üç Nöqtə” qəzeti | 30 000 |
23. | "Azernews” qəzeti | 30 000 |
24. | "Unikal” qəzeti | 20 000 |
25. | "Olimpiya Dünyası”qəzeti | 20 000 |
26. | "Oxu Məni” qəzeti | 20 000 |
27. | "Zaman-Azərbaycan” qəzeti | 20 000 |
28. | "Reytinq” qəzeti | 9 000 |
29. | "Təhsil Problemləri” qəzeti | 9 000 |
30. | "The Business Times” qəzeti | 9 000 |
31. | "Hərbi And” qəzeti | 9 000 |
32. | "Türküstan” qəzeti | 9 000 |
33. | "İqtisadiyyat” qəzeti | 9 000 |
CƏMİ | 33 Redaksiya | 1.234.000 |