Şuradan Mia.az-a verilən məlumata görə, iclasda "Lider TV və Radio Azərbaycan” MMC tərəfindən «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı müzakirə edilib:
""Lider TV və Radio Azərbaycan” MMC tərəfindən 21 dekabr 2014-cü il tarixdə saat 19:00-da efirə gedən "Seçim” verilişinin yayımı zamanı (saat 19:25) uşaqların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən səhnənin - dayə tərəfindən azyaşlı uşağa qarşı fiziki zorakılıq, xəsarətyetirmə səhnəsinin nümayiş etdirilməsi ilə «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin, "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar"ın 2.1-ci bəndinin, həmçinin 11 dekabr, 17 dekabr, 18 dekabr, 22 dekabr, 24 dekabr 2014-cü il tarixlərdə «Televiziya və radio yayımı haqqında» Qanunun 35.4; 16 dekabr, 22 dekabr 2014-cü il tarixlərdə «Televiziya və radio yayımı haqqında» Qanunun 35.5; 11 dekabr 2014-cü il tarixdə «Televiziya və radio yayımı haqqında» Qanunun 35.7-ci maddəsinin tələblərinin pozulması (reklamın yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsi) faktı ilə əlaqədar olaraq "Lider TV və Radio Azərbaycan” MMC-yə xəbərdarlıq elan olunub".