Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu jurnalistlər üçün elan etdiyi fərdi yazı müsabiqəsinin qaliblərini dekabrın 24-də keçirəcəyi tədbirdə mükafatlandıracaq.
Fonddan verilən məlumata görə, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə təçkil olunacaq mərasim dekabrın 24-də saat 14:00-da "Altun Saray” restoranında baş tutacaq.
Qeyd edək ki, budəfəki müsabiqədə 19 istiqamət üzrə qaliblər seçilib. Müsabiqədə hər istiqamət üzrə I yer üçün 500 olmaqla 1, II yer üçün 300 olmaqla 2, III yer üçün isə 200 manat olmaqla 3 mükafatın verilməsi nəzərdə tutulur
KİVDF jurnalistlər üçün bayram tədbirinin vaxtını elan etdi

DİGƏR XƏBƏRLƏR
2025-08-26 18:00
2025-08-23 16:27
2025-08-23 11:49
2025-08-22 11:10
2025-08-21 16:40
2025-08-21 11:29
2025-08-21 00:24