Nizami Rayon Məhkəməsində jurnalist Fərahim İlqaroğlunun işi üzrə noyabrın 5-nə təyin olunan proses təxirə salınıb. 

Bunu "Media forum” saytına vəkil Elçin Sadıqov deyib.

Elçin Sadıqov bildirib ki, prosesin təxirə salınmasına səbəb şahidlərdən birinin məhkəməyə gəlməməsi olub: "Növbəti proses noyabrın 19-da keçiriləcək”.

Fərahim İlqaroğlu aprelin 25-də Bakıda döyülüb. Mayın 6-da polis onu döyən Siyəzən rayon sakini, Bakıda kirayədə yaşayan 24 yaşlı Feyruz Termişini tutub.

Termişi barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işinin istintaqını Daxili İşlər Nazirliyi aparıb.