"Azadlıq" qəzetinin əməkdaşı, jurnalist Xalid Qarayev polis tərəfindən saxlanılıb.
Musavat.com-un verdiyi məlumata görə, jurnalist bu barədə öz facebook səhifəsində məlumat verib. O bildirib ki, polis onu saxlayaraq Binəqədi Rayon polis idarəsinin 4-cü polis bölməsinə aparıb.
X.Qarayevin saxlanma səbəbi ilə bağlı hələlik heç bir məlumat verilmir.
Mia.az sosial şəbəkədə "Azadlıq" qəzetinin əməkdaşlarının yazdıqlarına istinadən xəbər verir ki, 4-cü Polis Bölməsindən deyilib ki, jurnalist Rayon Polis İdarəsinə aparılıb. Xalid Qarayevin hansı səbəbdən saxlanıldığı bilinmir.
Onu da qeyd edək ki, X.Qarayevin, həm də AXCP-nin üzvü olduğu bildirilir. Son məlumata görə, jurnalistin küşədə söyüş söymək üstə saxlandığı bildirilib....