"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Araz Ağayev vəzifəsində öz istəyi ilə ayrılıb. O, bu barədə "Facebook"da məlumat paylaşıb:
"Dəyərli dostlar! Hörmətli KİV təmsilçiləri! Bu gündən etibarən öz təşəbbüsümlə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsindən azad olunduğumu nəzərə alın. Hər birinizə işlərinizdə uğurlar arzulayıram".
Qeyd edək ki, A.Ağayev vaxtı ilə "Kaspi” qəzetində işləyib.