Kəlbəcər Rayon Təhsil Şöbəsinin keçmiş müdiri, adı jurnalist Ərşad İbrahimovun həbsində hallanan Məhəmməd Bağırov həbs olunub. 

Bu barədə moderator.az saytı xəbər yayıb. 

Məlumata görə, keçmiş məmurun  barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinin təqdimatı əsasında  həbs qəti-imkan tədbiri seçilib.