BAMF-ın sədri
Umud Rəhimoğlu Beynəlxalq Mətbuat İnstitutunun İdarə heyətinin iclasına
qatılmaq üçün İstanbula səfər edib .
Fondan Mia.az-a daxil olan məlumata görə, BMİ-nin İdarə heyətinin üzvü, İnstitutun
Azərbaycan Milli Komitəsinin sədri Umud Rəhimoğlu idarə heyətinin sentyabrın 27-də İstanbul şəhərində keçiriləcək
görüşündə iştirak edəcək.
Şənbə günü reallaşacaq toplantıda bir sıra
vacib məsələlər müzakirə olunacaq ki, bunlara 2015-ci ilin mart ayında Myanmada
keçirilməsi nəzərdə tutulan Beynəlxalq Mətbuat İnstitutunun Dünya Konqresi və
64-cü Baş Assambleyasının iclası daxildir. Eyni zamanda dünya mediasının
hazırki durumu, üzləşdiyi yeni çağırışlar, idarə heyətinin növbəti görüşünün
reallaşdırılması və qarşıda duran digər fəaliyyətlər tədbir iştirakçılarının
geniş şəkildə müzakirə predmeti olacaq.
Xatırladaq ki, Beynəlxalq Avrasiya Mətbuat
Fondunun təşkilatçılığı ilə 2012-ci ildə Bakıda Beynəlxalq Mətbuat İnstitutunun
"Neft, qaz və media" beynəlxalq konfransı baş tutub. Hazırda BAMF Beynəlxalq Mətbuat
İnstitutunun Regional Təşəbbüs proqramına rəhbərlik edir .