Rəsmi Tehran ABŞ prezidenti Donald Trampın 7 aprelədək Hörmüz boğazının açmaq tələbinə cavab verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İran Prezident Aparatının (PA) Kommunikasiya Departamentinin rəis müavini Mehdi Təbatəbai açıqlama verib.
O bildirib ki, Hörmüz boğazı yalnız bu halda açıla bilər: “İrana qarşı hücumlarla vurulan zərər boğazda tətbiq olunacaq yeni tranzit statusundan əldə edilən gəlirin bir hissəsi ilə kompensasiya edildikdən sonra boğaz açılacaq. Təzminat olmadan boğaz açılmayacaq”.
İran rəsmisi əlavə edib ki, əks halda bu, mümkün deyil və Tramın təhdidləri də onları qorxutmur: “Tramp qəzəb və çarəsizlikdən cəfəngiyat danışmağa davam edir”.
Xatırladaq ki, Tramp 7 apreldəkBoğaz açılmasa, İranda körpü və elektrik stansiyaları vuracaqlarını və bir sözlə, İrana “cəhənnəm yaşadacaları”nı iddia edib.
Samir MUSAYEV
Mia.az